Qapı açılması — zərər vermədən, 15–30 dəqiqəyə
Açar içəridə qaldı, kilid dönmür, açar sındı və ya itdi — usta ünvana gəlir, kilidin növünü yoxlayır və qapını mümkün olan ən təhlükəsiz üsulla açır.
Hansı hallarda bizə müraciət edirlər
- Açar içəridə qalıb, qapı bağlanıb
- Açar kilidin içində sınıb
- Açar itib və ya oğurlanıb
- Kilid dönmür, mexanizm ilişib
- Uşaq və ya ev heyvanı içəridə qalıb
- Ofis, mağaza və anbar qapıları
Qapı açılması necə aparılır
Hər kilid fərqlidir, ona görə usta işə baxışla başlayır. Məqsəd qapını və çərçivəni toxunulmaz saxlamaqdır — kəsmə yalnız başqa yol qalmayanda və sizin razılığınızla tətbiq olunur.
Silindr (ingilis tipli) kilidlərdə ən çox istifadə etdiyimiz üsul intellektual açmadır: xüsusi alətlə kilidin daxili pinləri yoxlanılır və mexanizm açarla açılırmış kimi dönür. Bu üsulda kilid sağ qalır, yəni açılışdan sonra onu dəyişdirməyə ehtiyac olmur.
Silindr sınıbsa və ya blokdan çıxıbsa, silindr çıxarılır və yerinə yenisi quraşdırılır. Bu halda qapı yenə zədələnmir — yalnız kilid özəyi dəyişir.
Hansı qapılarla işləyirik
Adi taxta və plastik qapılar, metal giriş qapıları, zirehli qapılar, krest (krestoobrazni) tipli kilidlər, suvalda mexanizmləri, çoxnöqtəli (multipoint) sistemlər və elektron kilidlər.
Ofis və mağazalarda rolet sistemləri, şüşə qapı kilidləri və iki tərəfli mexanizmlər üzrə də xidmət göstəririk.
Açılışdan əvvəl nə lazımdır
Açılış yalnız mənzilin sahibinin və ya rəsmi icarəçinin iştirakı ilə aparılır. Ustaya şəxsiyyət vəsiqəsi və mənzilə aidiyyəti təsdiqləyən sənəd (kupça, icarə müqaviləsi və ya qeydiyyat) göstərilməlidir.
Bu qayda həm sizin, həm bizim təhlükəsizliyimiz üçündür. Sənəd təqdim edilmədikdə usta işdən imtina etmək hüququna malikdir.
İşin növü və təxmini vaxt
Qiymət qabaqcadan sabit deyil — kilidin növündən, qapının vəziyyətindən və işin mürəkkəbliyindən asılıdır. Usta yerində baxır, məbləği deyir, siz razılaşandan sonra işə başlayır.
| İŞİN NÖVÜ | TƏXMİNİ VAXT | QİYMƏT |
|---|---|---|
| Adi taxta / plastik qapı | 10–20 dəq | İşə baxışdan sonra |
| Metal qapı, silindr kilid | 15–30 dəq | İşə baxışdan sonra |
| Zirehli qapı, krest kilid | 30–60 dəq | İşə baxışdan sonra |
| Seyf və xüsusi mexanizmlər | 30–90 dəq | İşə baxışdan sonra |
Dəqiq məbləği öyrənmək üçün 099 774 74 75 nömrəsinə zəng edin və ya kilidin şəklini WhatsApp-a göndərin — usta baxıb dərhal cavab verir.